İrəvanda Paşinyana qarşı impiçment GƏRGİNLİYİ: Vanetsyan yenidən siyasi səhnəyə QAYIDIR

media-hightechnic-468x90

Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı mümkün impiçment təşəbbüsü ilə bağlı müzakirələr davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşrin yerli mənbələrin məlumatına görə, “Artun enk” (Oyağıq) təşəbbüsünün impiçment prosesində ən real namizəd kimi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və “Vətən” partiyasının sədri Artur Vanetsyanın adı hallanır.

Qəzet yazır ki, üçüncü prezident Serj Sarksiyanın komandası Vanetsyanın namizədliyinə isti yanaşsa da, ikinci prezident Robert Koçaryan prosesi qeyri-perspektivli hesab edir. Koçaryanın təşəbbüsü ilə müxalifət liderlərindən İşxan Saqatelyan Vanetsyana çatdırıb ki, belə bir prosesin sonu əvvəlcədən bəllidir və bu riskli siyasi manevrə girməmək daha məqsədəuyğundur.

Bununla belə, Koçaryan bildirib ki, əgər Vanetsyan öz ətrafında 8 deputatın imzasını toplaya bilsə, onun rəhbərlik etdiyi fraksiyanın 28 deputatı bu təşəbbüsü dəstəkləyəcək. Eyni zamanda, o, vurğulayıb ki, Vanetsyanın siyasi reytinqi kifayət qədər yüksəkdir və növbəti parlament seçkilərinə ciddi hazırlıq görməsi daha məqsədəuyğun olardı. Əks halda, impiçment təşəbbüsündə iştirakı vəziyyəti çətinləşdirə və onu öz komandası tərəfindən tənqid obyektinə çevirə bilər.

Bu arada məlum olub ki, Artur Vanetsyan Moskva səfərinə yollanıb. Onun yaxın ətrafı bu səfərin məqsədinin Moskvada yaşayan qardaşı ilə namizədlik məsələsi üzrə məsləhətləşmələr olduğunu bildirib. Vanetsyanın mayın 31-də İrəvana qayıtması gözlənilir. Siyasi kuluarlarda isə səfər zamanı Vanetsyanın bəzi rus rəsmilərlə də görüşə biləcəyi ehtimal edilir. Bu məlumatlar fonunda Ermənistan daxili siyasətində impiçment mövzusu ətrafında gərginlik artır və Vanetsyanın yekun qərarı yaxın günlərdə ölkənin siyasi gündəmini müəyyən edə bilər.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600