İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

media-hightechnic-468x90

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05