İşğalçılar Krımda Rusiya pasportu paylayıblar
Rusiya Federal Miqrasiya Xidməti işğal altında olan Krım vilayətinin 815 min sakininə vətəndaşlıq pasportu verib. Krım bölgəsində Rusiyanın qurduğu “Nazirlər Şurası”nın sədri Sergey Aksyonov iyunun 25-də belə açıqlama yayıb.
Aksyonov iyunun 24-dək Rusiya vətəndaşlığı üçün 1 milyon 170 min ərizənin qəbul olunduğunu bildirib: “1 milyon pasport hazırlanıb, 815 mini verilib. Rusiya pasportunun verilməsi üçün Krımda 300 məntəqə yaradılıb. Bu məntəqələrdə istirahət günləri də daxil olmaqla 1200 adam işləyir”.
Rusiya Ukraynanın Krım Muxtar Vilayətini və Sevastopol şəhərini bu ilin fevral-mart aylarında hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib.