!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşğaldan azad edilən ərazilərdəki PAY TORPAQLARI: “Əhalinin əkin-biçinlə məşğul olması...”

!Reklam – Yazi

“Həmin ərazilərə köçürülən əhalinin təsərrüfatla məşğulluğu üçün əkin sahələri ayrılmalıdır”.

Bu fikirləri işğaldan azad olunan ərazilərdə əhaliyə pay torpaqlarının verilməsinin vacibliyi haqda danışan Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əhalinin təsərrüfatla məşğulluğu üçün əkin sahələrinin olması şərtdir:

“Bu yanaşmanı tamamilə məqbul hesab edirəm. Əhalini həmin ərazilərə köçürürüksə, onlar üçün fəaliyyət şəraitinin yetərliliyi qədər torpaq sahələri ayrılmalıdır. Bu da onların heç olmasa, öz ehtiyaclarını təmin edəcək həcmdə əkin-biçinlə məşğul olmalarına imkan yaradar.

Onsuz da gələcəkdə bu addımlar atılacaq. Həmin ərazilərdə bərpa-tikinti işləri genişlənməkdədir. Mövcud şəraitdə əsas diqqət şəhər infrastrukturunun qurulmasına yönəlib. Fikrimcə, işğaldan azad edilən ərazilərə köçürülən əhalinin təsərrüfatla məşğulluğu üçün əkin sahələri ayrılmalıdır.

Bu da nəzərdə tutulan rayonların əkin potensialının həcmindən asılıdır. Bütün bunlar planlı şəkildə həyata keçirilir. Dövlət başçısının göstərişinə uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq işləri həyata keçirir”.

Yusif Səmədzadə

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv