İŞİD-çilər ailələri uşaqlarla birgə edam etdilər

media-hightechnic-468x90

img1815257İŞİD terror qruplaşması Suriyanın Palmira şəhəri yaxınlığında 9-u uşaq olmaqla 23 nəfəri güllələyib. Yenicag.az-ın məlumatına görə, bu barədə “The Gardian” nəşrinin yaydığı xəbərdə güllələnənlərin hamısının yerli dövlət qulluqçularının ailə üzvləri olduğu bildirilir.

Qeyd edilir ki, silahlılar həmçinin, İraqın mərkəzi hissəsindəki Ramadi şəhərində hökumət binasını ələ keçiriblər. Şəhərdə bir neçə partlayış törədilib. Bəzi məlumatlara görə, şəhər artıq terrorçuların nəzarəti altına keçib.

Qədim Palmira şəhəri nahiyəsində də bir neçə gündür silahlılarla Suriya hökumət qüvvələri arasında amansız döyüşlər gedir. Suriyanın hazırkı hökuməti dünya birliyinə müraciət edərək YUNESKO tarixi abidəsi olan qədim şəhəri qorumağa yardımçı olmağı xahiş edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600