İŞİD-çilər arasında qarşıdurma oldu

media-hightechnic-468x90

74417İŞİD terror təşkilatının Nəqşibəndi dəstələri arasında qarşıdurma baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, atışma zamanı 25 təşkilat üzvünün öldüyü məlum olub. Bu atışma peşmergənin Mosul yaxınlığında təşkil etdiyi əməliyyatlarda İŞİD-ə böyük zərbə endirməsindən sonra baş verib.

Rəsmilərin bildirdiyinə görə, İŞİD-in Mosulda bir binanı bombaladığı və çox sayda adamın girov saxlandığını ifadə edib.

Peşmergə qüvvələri isə 21 yanvar tarixində Mosulun qərbində bir əməliyyat həyata keçirib. Toqquşmalar zamanı terrorçular xeyli itki verib və geri çəkilib.

Əməliyyatda aralarında Əfqanıstan, Pakistan və Səudiyyə Ərəbistanı vətəndaşlarının da olduğu çox sayda İŞİD-çi öldürülüb. Bəzi cəsədlərin peşmergənin əlində olduğunu bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600