İŞİD-ə 26 hava zərbəsi endirildi

media-hightechnic-468x90

54e6768899f86d1cc251ab541248b8b3Beynəlxalq koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr iki gün ərzində Iraq və Suriyada “İŞİD”in mövqelərinə 26 hava zərbəsi endirib.

Yenicag apa-ya istinadən bildirir ki, koalisiya Suriyada terrorçuların canlı qüvvə və hərbi texnikasına zərbələr endirib. Həmçinin, Xaseke şəhərində “İŞİD”-in iki hərbi bölməsi və bir artilleriya kompleksi məhv edilib.

İraqda koalisiya qüvvələri 7 şəhərdə “İŞİD”-in canlı qüvvəsi, həmçinin, terrorçuların binalarını və nəqliyyat vasitələrini məhv ediblər.

Xatırladaq ki, ABŞ-ın hərbi aviasiyası 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada “İŞİD”-in mövqelərinə hava zərbələr endirir. İraqdakı əməliyyatlarda Avstraliya, Belçika, Böyük Britaniya, Danimarka, Kanada, Niderland və Fransanın, Suriyada isə Bəhreyn, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının hərbi təyyarələri iştirak edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa