İŞİD-ə qarşı 20 ölkə birləşdi

media-hightechnic-468x90

11350357_10204568421991719_373201684_nedf20 ölkənin nazirləri Parisdə bir araya gələrək “İslam Dövləti” yaraqlılarına qarşı strategiyanı müzakirə edəcəklər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, İraqın baş naziri Haider al-Abadi görüşdə iştirak edəcək. ABŞ Dövlət Katibi Con Kerri isə keçirdiyi velosiped qəzasına görə görüşə gələ bilməyəcək.

Görüşün keçirilməsinə İD-in İraqın Ramadi şəhərini tutduqdan sonra qərar verilib.

Şiə könüllülərin artması ilə Iraqda dinlərarası gərginliyin kəskinləşməsi təhlükəsi artıb.
Koalisiya qüvvələrinin İD-ə qarşı hava hücumları gözlənilən nəticəni vermir.

Fransanın xarici işlər naziri deyib ki, nazirlər İraq böhranı həll etmək üçün uzunmüddətli siyasi qərarları müzakirə edəcəklər.

Görüş 45 polis zabitinin öldürüldüyü İD-in İraqın Anbar əyalətinə hücumundan bir gün sonra baş tutur.

Hərbi vəziyyətdən başqa görüşdə mədəni irsin qorunması, təqib olunan azlıqların müdafiəsi və qaçqınlar problemləri də müzakirə olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05