İŞİD Kərkükə hücum etdi
İraqın Kərkük şəhərinə dörd bir tərəfdən hücum edən İŞİD döyüşçüləri Peşmərgə qüvvələrinin güclü müqavimətilə qarşılaşıb.
Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Peşmərgə qüvvələri İŞİD-in irəliləyişini dayandırıb. Qeyd edək ki, İŞİD qüvvələri Kərkükün Telverid kəndini işğal etməyi bacarıb.
Məlumatda o da, bildirilir ki, İŞİD Kərkükün şimal neft kəmərini partlatmağı planlayır.
Bildirək ki, atışmalar hələ də davam edir.