İŞİD -lə mübarizəyə Fransa da qoşulub

media-hightechnic-468x90

72671İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə Fransa da qoşulub. Ölkə prezidenti Fransua Olland qruplaşmanın mövqelərinə aviazərbərlər endirmək üçün Fransa qırıcılarından istifadə ediləcəyini bildirib.

Olland qeyd edib ki, Fransa hökuməti İraq hökumətinin müraciəti əsasında, belə bir addım atmağa qərar verib. Olland Fransanın İraqa quru qoşunları yeridəcəyi ehtimalını isə təkzib edib.

“Əsas hədəfimiz İraqda terrorçu qruplaşmaları zərərsizləşdirərək bu ölkədə sülh və təhlükəsizliyi təmin etmək olacaq. İŞİD təkcə İraq üçün deyil, eyni zamanda, Avropa və bütün dünya üçün təhlükə mənbəyidir. Silahlıların mövqeləri müəyyən edər-etməz onların mövqelərini aviazərbələr endiriləcək” – deyə Oland qeyd edib.

İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəd bölgələrində üstünlüyü ələ alıb. Məlumata görə, son 1 sutka ərzində qruplaşma üzvləri 21 kəndi ələ keçiriblər.

Türkiyənin baş naziri Əhməd Davudoğlu İŞİD-in törətdiyi zorakılıqlardan qaçan insanlara dinindən, irqindən və milliyətindən asılı olmayaraq yardım edəcəklərini bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600