İŞİD lideri Əl-Bağdadi yaralanıb

media-hightechnic-468x90

eb0a8a2029979105fb0353ea4e27b900-300x200İraq Silahlı Qüvvələrinin İŞİD-ə məxsus avtokolona endirdiyi aviazərbə nəticəsində terrorçu qruplaşmanın lideri Əl-Bağdadi yaralanıb.

Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Bombardman zamanı əl-Bağdadinin daha 3 müavini əl-Şişani, əl-Suri və əl Karbuli öldürülüb.

Məlumata görə, əl-Şişani İŞİD daxilində təbliğat məsələlərinə məsul olub, əl-Karbuli isə qruplaşmanın ən yaxşı komandirlərindən hesab edilib.

Oktyabrın 11-də İraq hərbçiləri əl-Bağdadinin Karabla şəhərinə gedən avtokolonuna aviazərbə endirdiklərini bəyan ediblər.

Qeyd edək ki, Karabla Suriya sərhədi yaxınlığında yerləşir və İŞİD qüvvələrinin əsas dayaqlarından sayılır(APA).

media-ziraat-728x90

“İŞİD” lideri Əl Bağdadi yaralanıb

media-hightechnic-468x90

49397b30c5f1b399b1e9ce513b25b278ABŞ-ın döyüş təyyarələri bu gün İraqın Əl Kərim şəhərində “İŞİD” terror qruplaşmasının liderlərinin toplantı keçirdiyi binaya raket zərbələri endirib.

Nəticədə qruplaşmanın lideri Əl Bağdadi yaralanıb. Bu barədə yerli AIN informasiya agentliyi məlumat yayıb.

“Koalisiya təyyarələri Əl Kərim şəhərində (Əl Anbar əyaləti) Əl Bağdadinin də iştirak etdiyi toplantının keçirildiyi binaya zərbə endirib… Mənbələrimizin məlumatına görə, Əl Bağdadi yaralanıb və o, təcili Suriyaya yola salınıb”, deyə İraq xüsusi xidmət orqanlarının nümayəndəsi agentliyə bildirib.

Onun sözlərinə görə, zərbələr nəticəsində “İŞİD”-in bir neçə səhra komandiri ölüb. Məlumata görə, qruplaşmanın nümayəndələri yaralı silahlılara qan köçürmək üçün şəhər əhalisinə müraciət edərək qan verməyi xahiş edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600