Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bağdadinin ölümü İŞİD üçün nə anlama gəlir? – Şərh

83192Bir müddət əvvəl koalisiya qüvvələri tərəfindən həyata keçirilən hava hücumları zamanı yaralandığı deyilən İŞİD liderinin ölüm xəbəri yayılıb.

Məlumatı İŞİD-ə yaxın mənbələr yayıb. Əbubəkr Əl Bağdadi ilə yanaşı İŞİD liderinin sağ qolu sayılan Əbdülrəhman Eləfərinin də öldüyü deyilir.

İŞİD-ə yaxın tvitter hesabında Bağdadinin ölümü ilə bağlı detalların açıqlanacağı və qısa zamanda İslam Dövləti üçün yeni bir xilafət namizədi müəyyənləşdirəcəkləri qeyd edilib.

Sosial şəbəkələrdə İŞİD liderinin öldüyü sübut edən foto da yayımlanıb.

yenicag.az şərhi: Bağdadinin ölümü bir baxıma İŞİD-in də işinə yarayır. Belə ki, radikal başkəsən obrazı ilə tanınan İŞİD yeni lideri ilə yeni vizyon ortaya qoya bilər. Əgər yeni lider Bağdadinin yolundan getməyərək, digər islami qruplarla barış yolunu tutarsa, bu koalisiya qüvvələrinin işini çətinləşdirəcək və İŞİD sadəcə İraq vı Suriyada deyil, hər tərəfdə surətlə öz tərəfdar kütləsini artıracaq. Nəzərə alsaq ki, bu zamana qədərki anti təbliğata rəğmən İŞİD tərəfdar sarıdan problem çəkməyib, “kafirlər tərəfindən qurucusu şəhid edilən” bir qrup kimi təbliğ olunduğu halda daha ciddi bir tərəfdar kütləsinə sahib ola bilər.

Bağdadinin ölümü İŞİD-i sarsıtsa da, ciddi parçalanma gözlənilmir. Çünki İŞİD monolit deyil və ayrı-ayrı komandanlıqlar halındadır. “Xəlifə” isə ümumi nəzarəti həyata keçirir ki, bu problem rahatlıqla həll oluna bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, İŞİD üçün Bağdadinin imici də ciddi problemə çevrilmişdi. Onun MOSSAD agenti olması və digər iddialar “xəlifə”yə inamı azaldırdı. Yeni seçiləcək “xəlifə”nin imici də Bağdadidən fərqli olacaq.

 

 

Loading...

www.yenicag.az

491