!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İslam Kərimovla vida mərasimi keçirilir

!Reklam – Yazi

vida

Özbəkistan Prezidenti İslam Kərimovun nəşi olan korteji onun doğma şəhəri Səmərqəndin minlərlə sakini qarşılayıb.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, prezidentin cənazəsi şəhərin mərkəzində qədim minarələri olan məşhur Registan meydanında qoyulub. Burada İslam Kərimovla vida mərasimi başlayıb.

Cənazə Registan meydanından orta əsr xadimlərinin, eləcə də İslam Kərimovun valideynlərinin dəfn olunduqları tarixi Şahi-Zinda qəbiristanlığına aparılacaq. Prezident valideynlərinin məzarları yanında torpağa tapşırılacaq.

Son 20 ildə Şahi-Zindada heç kim dəfn olunmayıb. Amma Özbəkistanının birinci prezidenti üçün istisna edilib.

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv