İslamabad təkzib etdi: İran hərbi təyyarələri Pakistanda saxlanılmayıb

media-hightechnic-468x90

Pakistan İran hərbi təyyarələrinin ölkədəki aviabazalarda saxlanılması iddialarını təkzib edib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Bu cür spekulyativ iddialar regional sülh və stabillik üçün göstərilən səylərə ziyan verir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, CBS News-un iddiasına görə, Prezident Donald Tramp aprelin əvvəlində İranla atəşkəs elan etdikdən bir neçə gün sonra Tehran Pakistan Hərbi Hava Qüvvələrinin Ravalpindi yaxınlığındakı Nur Xan aviabazasına bir neçə təyyarə göndərib. Məlumata görə, təyyarələrdən biri İran Hərbi Hava Qüvvələrinə məxsus RC-130 kəşfiyyat təyyarəsi olub./APA/

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05