Pakistanda bazarda partlayış olub, ölənlər var
Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.
Yenicag.az APA-nın “Reuters”-ə istinadən veridyi xəbərə əsasən bildirir ki, yerli polis orqanlarına istinadən məlumat yayıb.
Polisin məlumatına görə, partlayış nəticəsində azı 7 nəfər ölüb.
Ölənlər arasında 2 polis əməkdaşı və 5 mülki şəxs var.
Məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir.













