İslamiada: Azərbaycan duelini Elxan Məmmədov qazandı

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışının finalında Azərbaycan dueli qeydə alınıb.

Yeniçağ.Az xəbər verir ki, həlledici qarşılaşmada dünya çempionumuz Elxan Məmmədovla “Rio-2016″nın gümüş mükafatçısı Elmar Qasımov üz-üzə gəlib.

Daha təcrübəli olan Məmmədov, digər təmsilçimizə ippon fəndi ilə qalib gələrək 100 kq çəki dərəcəsində çempion adını qazanıb.

Yeniçağ.Az

COP29