Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"İslamiada"nın açılış mərasiminə xarici dövlət başçıları qatılmayacaq? - Nazirdən açıqlama

Reklam: Sinerji Pro

Bu gün “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib.

image00001Yeniçağ.Az xəbər verir ki, təşkil olunan mətbuat konfransına qatılan Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək, sabahkı əlamətdar hadisə barədə danışıb:

image00003“Sabah Bakı şəhəri möhtəşəm tədbirə ev sahibliyi edəcək. Bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Biz bununla qürur duyuruq. Növbəti 10 gün ərzində Azərbaycana 50-dən çox ölkədən idmançılar təşrif buyuracaq. Əfsuslar olsun ki, Sudan, Liviya və Küveytdən olan idmançılar yarışda iştirak etməkdən imtina ediblər. Bu yarış 50-dən çox ölkədə yayımlanacaq və 1, 3 milyard insan tərəfindən izləniləcək”.

image00037Daha sonra jurnalistlərin suallarına cavab verən nazir maraqlı məqamlara toxunub:

“Biz 54 ölkənin dövlət başçısına dəvət göndərmişik, lakin indiyədək kiminsə açılışa qatılacağı təsdiqlənməyib. 3 ölkənin yarışdan imtina səbəbləri də müxtəlif ola bilər. Sözsüz ki, onlardan səbəbləri soruşa bilmərik”.

image00054Yeniçağ.Az-ın əməkdaşının “Bir ölkənin yarış xərcləri nə qədərdir?” sualına isə Azad Rəhimov belə cavab verib:

“Bütün idmançılar yol xərclərini özü çəkir. Əsasnaməyə əsasən, hər idmançıya öz Olimpiya Komitələri tərəfindən gündəlik 50 dollar ödənilir. Bizdən kömək istəyən ölkələrə də yardım edirik”.

image00064Nazir təhlükəsizlik məsələsinin də ən yüksək səviyyədə olacağını qeyd edib. Azərbaycan və Kamerun arasında keçirilən futbol oyunu üçün biletlərin hamısının satılmasına baxmayaraq, tribunaların boş qalmasını isə Rəhimov, havanın isti olması ilə əlaqələndirib.

image00028Açılış mərasiminin məşqindən də razı qaldığını söyləyən nazir sabah Bakı Olimpiya Stadionunun zövqlü tamaşaya səhnə olacağını söyləyib.

EMİN SƏFƏROV
Yeniçağ.az
Fotoqraf: Cəmalə ƏLİZADƏ

www.yenicag.az

615
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100