İsmayıllıda sürüşmə səbəbindən bir kənd tamamilə boşaldılıb - FOTO/VİDEO
Torpaq sürüşməsi baş verən İsmayıllının Qoydan kəndindən bütün sakinlər təxliyə ediliblər.
Bununla bağlı Oxu.az-a kənd sakini məlumat verib.
“Kənd boşdur. Kənd camaatının bəzisi başqa yerdə yaşayan qohum evlərinə, bəzisi isə kirayə çıxmalı olub. Kirayədə yaşamaq məcburiyyətində olan ailələrə kirayə pulu verilir”, – deyə sakin bildirib.
Xatırladaq ki, İsmayıllının Qoydan kəndində keçən ayın sonunda torpaq sürüşməsi baş verib.
Fotoları təqdim edirik: