İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olundu

media-hightechnic-468x90

İsrail təhlükəsizlik qüvvələri Qərb sahilində HƏMAS-a qarşı keçirilən xüsusi əməliyyat nəticəsində təxminən 1,5 milyon şekel (447 min dollar) müsadirə ediblər.

Bu barədə Yenicag.az “Times of Israel”ə istinadən məlumat verir.

Xüsusi əməliyyatın hədəfi HƏMAS qruplaşmasına vəsaitin köçürülməsi üçün istifadə olunan Ramallahın mərkəzindəki valyuta mübadiləsi məntəqəsi olub.

“Əməliyyat nəticəsində həm xarici, həm də yerli valyutada külli miqdarda – ümumilikdə 1 528 832 şekel müsadirə edilib”, – məlumatda qeyd olunub.

Həmçinin terror fəaliyyətində iştirakda ittiham olunan doqquz nəfərin həbs edildiyi bildirilir./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa