İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə gizli görüş keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Axios xəbər portalı məlumatlı mənbələrə istinadən xəbər verir.
Materialda deyilib ki, görüşün məqsədi Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əsir götürülmüş girovların azad edilməsi üçün danışıqları müzakirə etmək olub.
Məsələ ilə bağlı məlumatlı mənbələr təsdiq edir ki, İsrail Prezidenti konfransda bəzi azad edilmiş girovlar və onların ailələri ilə iştirak edib, bu, danışıqların əhəmiyyətini vurğulamaq və onlara daha geniş kontekst vermək məqsədi daşıyır.
Adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi bildirib: “Ümid odur ki, HƏMAS daha konstruktiv danışıqlara hazır olacaq”.
Qeyd olunub ki, çətinliklərə baxmayaraq, tərəflər kompromis və münaqişənin sülh yolu ilə həlli axtarışında danışıqları davam etdirir./Report/
www.yenicag.az