İsrail Qətəri NİYƏ VURDU? – Gizli razılaşma ilə bağlı SENSASİON İDDİA

media-hightechnic-468x90

“Qətərdə baş verən əməliyyatların Doha hakimiyyəti ilə razılaşdırıldığı ehtimal olunur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O, İsrailin Qətərdə HƏMAS-a qarşı başlatdığı əməliyyatın mümkün nəticələrindən danışıb.

Politoloq bildirib ki, İsrailin əməliyyat keçirəcəyi əvvəlcədən bəlli idi:

“Bir müddət öncə İsrail Müdafiə Nazirliyindən HƏMAS-a qarşı əməliyyatların olacağı barədə açıqlama verilmişdi. Həmin zaman hər kəsin ağlına Qəzza gəlmişdi. Lakin problem onda idi ki, Qəzzadakı əməliyyatlarda HƏMAS-ın əsas idarə heyəti və yeni təyin olunan şəxslər orada deyildilər. Hazırda onların əsas siyasi mərkəzlərindən biri məhz Qətərdə yerləşir”.

“Sual yaranır, HƏMAS nümayəndələrinin həmin ərazidə görüşəcəyini İsrailə kim dedi? Yəqin ki, həmin ölkənin özü də bunu bilirdi. Eynilə İsrailin bir müddət əvvəl Livanın cənubunda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatların Livan hakimiyyəti ilə razılaşdırılması kimi. Eyni qaydada Qətərdə baş verən əməliyyatların da Qətər hakimiyyəti ilə razılaşdırıldığı ehtimal olunur. Çünki Qətər bu əməliyyatlara qarşı siyasi bəyanatla kifayətləndi. Buradan belə nəticə çıxarmaq olar ki, Qətərin İsraillə ciddi gərginliyi yoxdur. Əksinə, bu məsələ ilə Qətər özünü rəsmi şəkildə Vaşinqton xəttinə daha da yaxınlaşdırmış oldu”, – deyə o, əlavə edib.

“Yaxın Şərq siyasətini yaxından izləyənlər görür ki, artıq bölgədə kartlar dəyişir. ABŞ-nin regiondakı maraqları və İsrailin həyata keçirdiyi “İbrahim Sazişləri” layihəsi uğurla davam edir. Burada əsas itirən tərəf HƏMAS və onun təsiri altında yaşayan Qəzzadakı mülki əhalidir. Təəssüf ki, müharibənin ən ədalətsiz tərəfi də elə budur, ortada çox çirkli oyunlar gedir. Bəzən günahsız görünənlər qatil, qatillər isə günahsız kimi təqdim olunur”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa