Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İsrail və Azərbaycan QHT-ləri arasında memorandum imzalanıb

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

unnamed (1)Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tərəflər Azərbaycan və İsrail həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması zərurətini nəzərə alaraq, mətbuat və informasiya sahələrində, eləcə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə birgə fəaliyyət göstərəcəklər. Hər iki təşkilat sosial-mədəni tədbirlər vasitəsi ilə , iki ölkə jurnalistləri və ictimai xadimləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini təşviq edəcəklər. Bununla yanaşı ölkələrinin iqtisadi, siyasi, mədəni və sosial həyatı ilə daha yaxından tanış olmaq və fikir mübadiləsi aparmaq məqsədi ilə kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini təşviq edəcəklər.

İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-si və BAMF Qarabağ münaqişəsi həqiqətlərinin, Xocalı faciəsinin İsraildə eləcə də digər inkişaf etmiş ölkələrdə təbliğ olunması, tanınması istiqamətində proqramların hazırlanması, analitik yazıların dərc olunması, Qarabağın tarixi, mədəni, mədəniyyətini əks etdirən tədbirlərin keçirilməsi, nəşrlərin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər. Hər iki təşkilat Azərbaycan və Yəhudi xalqlarının üzləşdiyi faciələrin, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda, hər iki ölkənin ağrılı məsələlərinin gündəmdə saxlanılması istiqamətində fəaliyyəti dəstəkləyərək birgə fəaliyyət göstərəcəklər.

Photo 2.jpg görüntüleniyor

www.yenicag.az

180