İsrail və HƏMAS uşaq girovları müzakirə edirlər

media-hightechnic-468x90

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı danışıqlar zamanı təklif olunan “uşaqlar əvəzinə uşaqlar” formuluna əsasən girovların mübadiləsi variantını araşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, müvafiq təklif Qətər və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda irəli sürülüb. Formula əsasən İsraildə saxlanılan fələstinli uşaqların müqabilində Qəzza zolağında saxlanılan israilli uşaqların azad edilməsini nəzərdə tutur.
Mənbədən vurğulanıb ki, danışıqlar hələ davam edir və yekun razılaşma yoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600