İsrail yenə dinc DURMADI – Təl-Əvivin HƏMAS-la bağlı ŞOK SSENARİSİ

media-hightechnic-468x90

“İsrail istəyir ki, Türkiyəni bu prosesə qoşsun, ABŞ-dən ayırsın, hətta NATO-dan çıxmasına nail olsun”.

Bu sözləri İsrailin Yaxın Şərqdə apardığı əməliyyatlar və Qətərdəki HƏMAS üzvlərinə zərbə endirməsini Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

media-terlan-eyvazov

O, bildirib ki, İsrail Yaxın Şərqdə sabitlik istəmir:

“İsrail hakimiyyətin və ona dəstək verən millətçilərin qarşısına qoyduğu məqsəd budur ki, Yaxın Şərqi idarə etməlidir, Böyük İsrail Dövləti yaratmalıdır. Qətər kiçik dövlət olsa da, böyük imkanlara malikdir. Qətər istəyir ki, ətraf dövlətlərdə sabitlik olsun, nəzərdə tutulan böyük layihələr həyata keçirilsin. O layihələr həyata keçəndə regiona sülh gəlir. Sülh isə İsrailə sərf etmir”.

O xatırladıb ki, İsrail HƏMAS üzvlərinin Qətərdə yaşadığı əraziyə zərbə endirib:

“İsrail dövləti, onun ən adlı sanlı qurumu Mossad Qəzzada olan girovları tapa bilmir, gedib kənardakıları bombalayır. Məlum olduğu kimi, HƏMAS üzvlərinin hamısı öldürülməyib. Qarşıya qoyulan məqsədə burada da nail olunmayıb. Regionun ən qüdrətli dövləti Türkiyədir və İsrail istəyir ki, Türkiyəni bu prosesə qoşsun, ABŞ-dən ayırsın, hətta NATO-dan çıxmasına nail olsun. İsrail bu cür sərsəm ideyalarla çıxış edir. İsrailin Suriyada əməliyyatlar keçirməsi o deməkdir ki, Suriyadakı qarışıqlığın müəlliflərindən biri də İsraildir. İsrail bu gün də Suriyanın sabitləşməsini istəmir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa