İsraildə İran üçün casusluq etmiş Azərbaycan vətəndaşı kimdir?
12 günlük müharibə zamanı və ondan əvvəl İranın nəfinə casusluq etmiş şəxslər arasında Azərbaycan vətəndaşı da var.
Yenicag.az xəbər verir ki, “News York Times” nəşri bir israilli cütlük haqqında başlayan faktla İsraildə casusluq dalğası barədə geniş yazı dərc edib.
“Telegramda asan pul qazanma təklifini qəbul etmiş 31 yaşlı İsrail vətəndaşı Vladislav Viktorson və və onun 19 yaşlı ortağı Anya Bernşteyn 2024-cü ilin oktyabrında həbs ediliblər. Dominos pizza
Onlar kimi bir çox israilli divarlarda qraffiti çəkməkdən tutmuş 100 min dollar müqabilində sui-qəsd planına iştirak etməyə qədər bir çox əməliyyatlarda iştirak edib.
“Müttəhimlərdən birinə, İsrailin cənubunda yaşayan Azərbaycan vətəndaşına həssas hərbi obyektlər boyunca marşrutunu qeyd etmək və üzü Hayfa limanına baxan mənzil kirayələmək tapşırılıb. İttihama görə, daha iki nəfərə də İsrail Müdafiə Nazirliyinin yaxınlığında kameralar quraşdırmaq əmri verilib, lakin onlar patrul maşını görüb dayanıblar”, – deyə nəşr qeyd edib.