Episentri Qəhrəmanmaraşda olan zəlzələlərdən sonra İsrail Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə əməliyyatları çərçivəsində İsrail Müdafiə Qüvvələri (İDF) Türkiyəyə 150 nəfərlik heyət göndərib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Milli Xilasetmə Diviziyasının rəhbəri Golan Vax açıqlama verib.
Onun sözlərinə görə, qrupun 1/3-i inzibati və kəşfiyyat personalından, qalan 2/3-sinin isə xilasetmə, tibb və mühəndislik sahələrində mütəxəssislərdən ibarətdir.
Xilasetmə idarəsinin 31-ci ekspedisiyası olduğunu qeyd edən Vax səhra xəstəxanasının yaradılması üçün razılıq aldıqlarını bildirib.