İsrailin Qəzzada törətdiyi qətliamda ölənlərin sayı 62 min 263-ə çatdı

media-hightechnic-468x90

İsrail ordusunun Qəzza Zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 71 fələstinli həyatını itirib, 251 nəfər yaralanıb. Beləliklə, 7 oktyabr 2023-dən bu yana Qəzzada ölənlərin ümumi sayı 62 min 263-ə, yaralıların sayı isə 157 min 365-ə yüksəlib.

Yenicag.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrailin 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan etibarən başladığı hücumlarda 10 min 717 fələstinli öldürülüb, 45 min 324 nəfər yaralanıb.

Bildirilib ki, İsrail və ABŞ tərəfindən “yardım bölgələri” adı altında yaradılan məntəqələrdə fələstinlilər məqsədli şəkildə hədəf alınır. 27 maydan bəri bu nöqtələrdə 2 min 60 nəfər qətlə yetirilib, 15 min 197 nəfər yaralanıb. Təkcə son 24 saatda yardım növbəsində dayanan 24 nəfər öldürülüb, 113 nəfər yaralanıb.

Bundan əlavə, İsrailin tətbiq etdiyi aclıq siyasəti nəticəsində son bir gündə daha 2 nəfər həyatını itirib. Beləliklə, aclıqdan ölənlərin sayı 112-si uşaq olmaqla 273-ə çatıb.

Qəzzada hələ də dağıntılar altında minlərlə cəsədin olduğu vurğulanır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa