İsrailin təxribatçı nazirindən İslama qarşı qızışdırıcı çağırış
Təxribatçı fikirləri ilə tanınan İsrailin xarici işlər naziri Aviqdor Liberman, “Həzrəti Məhəmmədi təhqir edən karikaturaları nəşr edən “Charlie Hebdo”nun İsraildə satılması və paylanması” çağırışını edib.
Yenicag.az xəbər verir ki, Liberman “Radikal İslamın, İsraildə qorxu salmasına və ifadə azadlığını məhdudlaşdırmasına icazə verməyəcəyik” ifadələrindən istifadə edib.
İsrail parlamenti Knessetin ərəb mənşəli üzvü Məsud Ganaim isə buna etiraz edərək, baş nazir Binyamin Netanyahunu, ““Charlie Hebdo” jurnalının son sayının internet üzərindən belə satışının qadağan edilməsi təlimatını verməyə” çağırıb. Onun sözlərinə görə, bu vəziyyət, ölkədəki ərəblərin və müsəlmanların duyğularına təhqirdir”.
Qeyd edək ki, Türkiyə də daxil olmaqla, bir sıra dövlətlərlə İsrailin münasibətlərinin pozulmasında Libermanın müstəsna rolu var.