Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib

media-hightechnic-468x90

Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiqlənib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qaydaya əsasən, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

– hamilə qadınlar;
– uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
– ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
– azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
– 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Sertifikatlaşdırma Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilir. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla, 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Sertifikatlaşdırma Şurasına Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən vəzifəyə təyin olunan və səlahiyyətlərinə xitam verilən sədr rəhbərlik edir. Sertifikatlaşdırma Şurasının tərkibi Azərbaycan Respublikasının mədəniyyət naziri tərəfindən təsdiq edilir. Sertifikatlaşdırma Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirliyin təhsil müəssisələrinin elektron idarəetmə sistemində “Sertifikatlaşdırma” altsistemi (bundan sonra – altsistem) yaradılır. 3. Sertifikatlaşdırmanın keçirilməsi 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.2. Sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. 3.3. Nazirliyin mədəniyyət idarələri və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirliyin təhsil müəssisələrinin elektron idarəetmə sistemində “Sertifikatlaşdırma” altsistemi yaradılır. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.2. Sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və sertifikatlaşdırmanın keçiriləcəyi ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir. Nazirliyin mədəniyyət idarələri və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, ixtisasına (peşəsinə) və tədris etdiyi fənnə (fənlərə) aid olmaqla tərtib edilir. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə ixtisasına, tədris proqramlarına, tədris metodikasına (pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təhsilverənlərin etik davranışına aid 60 (altmış) sual təqdim edilir.

Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 (altmış) dəqiqə artırılır.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 30 (otuz) dəqiqə vaxt ayrılır. Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyaları yaradır və onların tərkiblərini təsdiq edir.

Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:

– komissiya tərəfindən təqdim edilən materialın, əsərin, tapşırığın və ya mövzunun təhlili, interpretasiyası və praktik tətbiqi bacarıqları;
– tədris prosesinin təşkili və metodiki yanaşmaların tətbiqi bacarıqları;
– müsahibə proqramına uyğun olaraq ixtisas üzrə praktik tapşırıqları, əsərləri, kompozisiyaları, məşğələləri, ifaları, rəsm, səhnə və ya digər yaradıcılıq nümunələrini təqdimetmə və icra bacarıqları;
– emosional sabitlik, özünüifadə və ünsiyyət bacarıqları.

Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür.

Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:

– komissiya tərəfindən təqdim edilən materialın, əsərin, tapşırığın və ya mövzunun təhlili, interpretasiyası və praktik tətbiqi bacarıqları üzrə toplanılan balların 4 (dörd)
misli;
– tədris prosesinin təşkili və metodiki yanaşmaların tətbiqi bacarıqları üzrə toplanılan balların 3 (üç) misli;
– müsahibə proqramına uyğun olaraq ixtisas üzrə praktik tapşırıqları, əsərləri, kompozisiyaları, məşğələləri, ifaları, rəsm, səhnə və ya digər yaradıcılıq nümunələrini təqdimetmə və icra bacarıqları üzrə toplanılan balların 2 (iki) misli;
– emosional sabitlik, özünüifadə və ünsiyyət bacarıqları üzrə toplanılan balların 1 (bir) misli.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri altsistemə daxil edilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydada göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.

Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə altsistemdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05