!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailli azarkeşlərə hücumda şübhəli bilinən şəxslərin məhkəməsi BAŞLADI

!Reklam – Yazi

Ötən ay Amsterdamda israilli futbol azarkeşlərinə edilən hücumlarla bağlı ittiham olunan beş şübhəlinin məhkəməsi çərşənbə günü Hollandiyada başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Hollandiyanın prokurorluq məlumatlarına istinadən məlumat yayıb.

Prokurorluğun məlumatına görə, yaşı 19-32 arasında olan şübhəlilər dekabrın 11-də Amsterdam Rayon Məhkəməsində üç hakimdən ibarət kollegiya qarşısında ifadə verəcəklər. Daha iki şübhəlinin məhkəməsi isə cümə axşamı, dekabrın 12-də keçiriləcək. Hüquq-mühafizə orqanları bildirib ki, hər bir şübhəli ictimai zorakılıqda ittiham olunur.

Çərşənbə günü məhkəmə qarşısına çıxan ilk şübhəli Monnikendam şəhərindən olan 19 yaşlı şəxs olub. O, “Johan Cruyff Arena” stadionunun ətrafında ictimai zorakılıq törətməkdə, antisemit şüarlar səsləndirməkdə və polisə daş atmaqda ittiham edilir. Bundan əlavə, o, qeyri-qanuni atəşfəşanlıq saxlamaq və ictimai zorakılığa çağırış edən məlumatların yayılması ilə bağlı məsuliyyətə cəlb olunub.

Xatırladaq ki, noyabrın 7-də axşam və gecə Amsterdamda İsrail futbol komandasının iştirakı ilə keçirilən oyun zamanı iğtişaşlar baş vermişdi. Polis qüvvələrinin geniş iştirakına və Fələstin tərəfdarı etirazlara arenanın ətrafında qadağa qoyulmasına baxmayaraq, matçdan sonra israilli azarkeşlərə çoxsaylı hücumlar qeydə alınmışdı. Hadisələr zamanı yox, sonradan həyata keçirilən əməliyyatlar nəticəsində əlli nəfər həbs edilmişdi. Bu hadisələrdən sonra Hollandiya hökuməti antisemitizmlə mübarizə məqsədilə 4,5 milyon avro vəsait ayırdığını elan edib.

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv