!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsrailli deputatların Güney Azərbaycanla bağlı müraciətdən imtinalarını Pəhləvi ilə əlaqələndirmək….” – ŞƏRH

!Reklam – Yazi

“Pəhləvinin etirazlarının İsrail üçün çəkindirici amil olduğunu düşünmək sadəlövhlükdür”.

Bu fikirləri İsrail parlamentinin 32 deputatından 25-nin Güney Azərbaycan milli-azadlıq hərəkatına dəstək verilməsinin vacibliyinə dair ölkənin xarici işlər naziri Eli Koenə ünvanladığı müraciətdən imtina etmələrinin İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin etirazları ilə əlaqələndirilməsinə münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

DAK rəsmisinin fikrincə, israilli deputatların məlum müraciətdəki imzalarını geri götürmələrinin başqa səbəbləri var:

“Əslində, deputatların o müraciətə atdıqları imzadan imtina etmələrinin Rza Pəhləvinin etirazları ilə əlaqələndirilməsini birmənalı qəbul etmək doğru olmazdı. Bu barədə yayımlanan xəbərlərdə qeyd olunur ki, həmin deputatlar bu addımı İsrailin kəşfiyyat nazirinin tövsiyəsi ilə atıblar.

Bildiyiniz kimi, İranda baş verən kütləvi xalq etirazları fonunda Rza Pəhləvi də fəallığını xeyli artırıb. Onun bır sıra nüfuzlu tədbirlərə dəvət olunması da Qərbin Pəhləviyə dəstəyinin göstəricisi olaraq qiymətləndirilir. Pəhləvinin ötən ay İsrailə səfər etməsi isə bu qənaətləri artırır.

Yəni demək istədiyim odur ki, deputatların müraciəti ilə əlaqədar Pəhləvinin etirazlarının İsrail üçün çəkindirici amil olduğunu düşünmək sadəlövhlükdür. Buradan belə nəticəyə gəlmək olar ki, İsrail indiki şəraitdə sırf öz maraqlarına görə Güney Azərbaycan məsələsinin qabardılmasını istəmir. Başqa sözlə, İranın indiki rejiminin İsrailin təsir dairəsində olacaq Pəhləvi rejimi ilə əvəzlənməsinin onların maraqlarına daha uyğun olduğunu düşünürlər”.

A.Zeynalov

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv