İşsizlərə 1363 iş yeri təklif edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının rayonlarında təşkil edilən əmək yarmarkalarında 77 müəssisə tərəfindən 1363 vakant iş yeri təqdim edilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər isə peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.
E.Babayev qeyd edib ki, müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay mini əmək yarmarkaları təşkil olunur.