İstanbulda 20-ci Qızıl Uğur Mükafatları TƏQDİM OLUNDU – Aqil Ələsgər mükafata layiq görüldü - FOTO/VİDEO
İstanbulda keçirilən 20-ci Qızıl Uğur Mükafatları (“Altın Başarı Ödülleri”) mərasimi mətbuat və sənət aləminin tanınmış simalarını bir araya gətirib.
Yenicag.az xəbər verir ki, Cengizhan Kayanın aparıcılıq etdiyi gecədə fərqli kateqoriyalarda təqdim edilən mükafatlar münsiflər heyətinin dəyərləndirməsi ilə sahiblərinə çatdırılıb.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də “Türkiyə-Azərbaycan Qardaşlıq Mediası” şərəf mükafatı ilə təltif olunub. O, mükafatı qəbul edərkən təşəkkürlərini bildirib və bu nailiyyəti Azərbaycan və Türkiyənin media dünyasına həsr etdiyini vurğulayıb.
A. Ələsgər çıxışında hər kəsə minnətdarlığını ifadə edib, xüsusilə də Turana və Türkiyə-Azərbaycan qardaşlığına sevgisini dilə gətirib.
O, çıxışını Ziya Gökalpın məşhur “Vatan ne Türkiye’dir Türklere ne Türkistan / Vatan, büyük ve müebbet bir ülkedir: Turan” sözləri ilə tamamlayıb.