İstanbulda etiraz aksiyaları davam edir
8 ay öncə Gəzi olaylarında polisin atdığı bibər qaz bombası ilə başından yaralanan və 269 gün koma vəziyyətində qalan Berk Əlvanın ölümü Türkiyənin bir sıra şəhər və bölgələrində etiraz aksiyasının alovlanmasına səbəb olub.
Aksiyalar gecə saatlarına qədər davam edib.
Bütün Türkiyədə keçirilən aksiyaların İstanbuldakı mərkəzi Kadıköy və Taksim Meydanları olub. Etirazçılar bir neçə avtobusu ələ keçirərək özlərinə barrikadalar qurub.
Xatırladaq ki, Gəzi Parkı etirazlarında başından yaralanan 14 yaşlı gənc evlərinə çörək almaq üçün evdən çıxmışdı.
Gecə saatlarına qədər davam edən aksiyadan fotoları təqdim edirik.