İstanbulda güclü yanğın oldu - FOTO/VİDEO

media-hightechnic-468x90

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda kimyəvi maddələrin saxlanıldığı anbarında yanğın baş verib.

Məlumata görə, yanğın bir anın içində bütün anbarı bürüyüb. Orada olan kimyəvi maddələr kiçik partlayışlara da səbəb olub.

Hadisə yerinə xilasetmə, həkim və polis qrupları cəlb edilib. Yanğınla mübarizə apararkən digər rayonlardan gücləndirmə dəstələri və su çənləri bölgəyə yönəldilib. Yanğını söndürmək üçün işlər davam edir. Polis qrupları da ətrafda təhlükəsizlik tədbirləri görürlər.

Yanğının başvermə səbəbi məlum deyil.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600