İstanbulda kafedə robotlar xidmət göstərir

media-hightechnic-468x90

Türkiyənin İstanbul şəhərində yerləşən kafedə artıq ofisiantların əvəzinə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, hələ ki, sözügedən kafedə 3 robot-ofisiant işləyir, ancaq onların sayını 2 dəfə artırmaq planlaşdırılır. Xarici ölkədən satın alınmış həmin robotlar türkiyəli mütəxəssislər tərəfindən proqramlaşdırılıb.

Robot-ofisiantlar masaların nömrələnməsini bilir, danışır və çox çalışqandırlar ki, bu da müştərilərin xoşuna gəlir. Bu, Türkiyədə kafelər üçün tamamilə yeni formatdır. İndi sözügedən kafe çox populyardır, robotlar isə vizit kartına çevrilib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa