Onu sıravi pərəstişkar zənn etdilər: Maskın foto çəkdirdiyi şəxs texnoloji nəhəngin rəhbəri imiş
ABŞ Prezidenti Donald Trampın Çinə rəsmi səfərini müşayiət edən nümayəndə heyətinin tərkibində yer alan milyarder iş adamı İlon Mask Pekində gözlənilməz görüşlə yadda qalıb. “Tesla” və “SpaceX”in qurucusu olan Maskın Çinin texnologiya nəhəngi “Xiaomi”nin CEO-su Ley Jun ilə çəkdirdiyi selfi sosial mediada viral olub.
Yenicag.az xəbər verir ki, İki lider arasındakı rəsmi danışıqlardan sonra təşkil edilən ziyafətdə Ley Jun amerikalı həmkarına yaxınlaşaraq foto çəkdirmək istəyini bildirib. Maskın bu təklifi müsbət qarşılaması və özünəməxsus ifadə ilə poza verməsi diqqətdən yayınmayıb. Qeyd edək ki, “Xiaomi”nin son dövrlərdə elektrikli avtomobil bazarına daxil olması ilə Ley Jun Maskın birbaşa və ən güclü rəqiblərindən birinə çevrilib.

Ekspertlər bu görüntünü sadə bir selfi deyil, Çinin texnoloji sektorundakı özünəinamının və qlobal bazardakı yeni güc balansının nümayişi kimi səciyyələndirirlər. Xüsusilə ABŞ-Çin münasibətlərinin iqtisadi müstəvidə gərgin olduğu bir dövrdə, iki nəhəng rəqibin Pekindəki səmimi görüntüsü dünya birjasında da maraqla izlənilir.
Xatırladaq ki, İlon Mask bu səfər çərçivəsində Trampı müşayiət edən nümayəndə heyətinin ən strateji simalarından biri kimi Pekində mühüm təmaslar həyata keçirir.
Ayşən













