İstanbulda tarixi görüşə SAATLAR QALDI: “Türkiyənin bundan sonra edəcəyi çox şey yoxdur”

media-hightechnic-468x90

 

“Artıq Rusiya-Ukrayna danışıqlarında Türkiyənin rolu o qədər də önəmli deyil, çünki müəyyən bir mərhələyə çatmış bir prosesdən danışırıq ki, bu proses təxminən iki aydır davam edir”.

Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Engin Özer deyib.

media-img_5417

Siyasi təhlilçi bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək Rusiya və Ukrayna nümayəndələri arasındakı danışıqlar prosesinə münasibət bnildirib.

O, diqqətə çatdırıb ki, iki əsas məsələdə razılıq əldə olunmayıb:

“Birincisi, Krımın statusu məsələsidir, ona görə ki, Amerika Birləşmiş Ştatları 2014-cü ildə yarımadada keçirilmiş referendumu tanımağa hazırlaşır. Avropa İttifaqı ölkələri isə buna qarşı çıxır. Bu məsələdə Türkiyənin edə biləcəyi bir şey yoxdur. İkinci məsələ isə Zaporojye Atom Elektrik Stansiyasının kimin nəzarətində qalacağı və orada istehsal olunan enerjinin necə paylanacağı ilə bağlıdır. Danışıqlar bu mövzuda da dalana dirənib”.

Onun sözlərinə görə, bu mərhələdə Türkiyə prosesə müdaxilə edə bilər:

“Atom stansiyasının idarəçiliyini üzərinə götürə və bununla da strateji üstünlük qazana bilər. Üstəlik, Türkiyənin bu danışıqlar barədə əhəmiyyətli məlumat bazası var. 2022-ci ildə İstanbulda keçirilmiş danışıqlar sayəsində tərəflərin mövqeyini yaxşı tanıyır və bu da prosesə fayda verə bilər.

Bundan əlavə, Türkiyənin tərəflərə tətbiq edə biləcəyi müəyyən sanksiyalar var ki, bunu təzyiq vasitəsi kimi istifadə edə bilər. Amma proses artıq müəyyən bir mərhələyə çatıb və danışıqların sonuna yaxınlaşırıq. İstanbulda keçiriləcək görüşlər əsasən texniki detallar üzərində olacaq. Yəni Türkiyənin bundan sonra edəcəyi çox şey yoxdur”.

“Mən müharibənin dayanacağına inanıram və artıq bu müharibənin sona çatacağı bəllidir. Dediyim kimi, yalnız texniki detallarla bağlı müəyyən problemlər qalıb. Təbii ki, burada bir atəşkəs sazişi imzalanacaq və bu barış sazişi olmayacaq. Münaqişə sadəcə dondurulacaq və atəşkəsin nə qədər davam edəcəyi isə üzərində ciddi şəkildə işlənməli olan məsələdir. Amma düşünürəm ki, qarşıdakı bir ay ərzində atəşkəs əldə olunacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600