İstanbulun “şah damar”ı quruyur

media-hightechnic-468x90

Kırklarelinin Vize rayonunda keçən il yağışlarla dolub-daşan Kazandere bəndi bu il yağıntı olmaması səbəbindən qurumaq həddindədir.

Yenicag.az xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, şəhəri su ilə təmin edən hövzədə suyun səviyyəsi iyul ayından etibarən azalmağa başlayıb. Hazırda bənddə 1 milyon 45 min kubmetr su qalıb ki, bu da onun tutumunun cəmi 8%-ini təşkil edir.

Qeyd olunur ki, İstanbulu su ilə təmin edən bölgədəki bəndlərdən biri olan Papuçderedə də vəziyyət kritikdir. Belə ki, onun doluluq nisbəti yüzdə 9,31-ə bərabərdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa