Reklam: High Technic
hightechnic

İstefaya göndərilən generallar yenidən DİN-ə qaytarılır

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.

General Mehrəliyev bu dəfə daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.

Bundan əlavə istefaya göndərilmiş daha bir general DİN-ə qaytarılıb. Bu, ötən ay pensiyaya göndərilən, Bakı şəhər Baş polis idarəsinin rəis müavini, general-mayor Həsən Şirinovdur. Maraqlıdır ki, Bakı şəhər Baş polis idarəsinin rəisi postu ləğv edilib və onun yerində yeni vəzifə-Bakı şəhər Baş polis idarəsinin rəisinin köməkçisi vəzifəsi yaradılıb. Həmin vəzifəyə Həsən Şirinov təyin olunub.(Virtualaz)

Yeniçağ.az

www.yenicag.az

115