!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstiqlalçı deputat: "Biz bu tarixi Respublika Günü kimi qeyd etməyə öyrəşmişik" - REAKSİYA

!Reklam – Yazi

“Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələni müzakirə edəcəyik”.

Bunu parlament iclasında müzakirəyə çıxarılacaq 28 May – Respublika Günü ilə 18 Oktyabr – Milli Müstəqillik Gününün adlarının Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü kimi dəyişdirilməsi məsələsi ilə bağlı fikirlərini Yenicag.az-la bölüşən Milli Məclisin üzvü, istiqlalçı deputat Tahir Kərimli deyib.

Tahir Kərimli Respublika Gününün Müstəqillik Günü ilə əvəz olunmasının Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika olmasını unutduracağını qeyd edib:

“Bilirsinizmi, qanunvericiliklə bağlı müəyyən çətinliklər var. Əgər 18 oktyabrda dövlət müstəqilliyi bərpa olunubsa, o zaman sual yaranır ki, dövlət müstəqilliyinin özü nə zaman elan edilib? Bu nöqteyi-nəzərdən 28 may həm də Müstəqillik Günüdür. Amma biz bu tarixi Respublika Günü kimi qeyd etməyə öyrəşmişik. Bunun əhəmiyyəti ondan ibarətdir ki, Şərqdə ilk Respublika olub. Bu, çox ciddi məsələdir”.

Millət vəkili 28 mayın Dövlət Müstəqilliyi və Respublika Günü kimi adandırılmasını daha doğru hesab etdiyini vurğulayıb:

“Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələni müzakirə edəcəyik. Mən iclasda da təklif irəli sürəcəm ki, bu, birləşmə kimi qeyd edilsin: Respublikanın Müstəqillik Günü və ya Dövlət Müstəqilliyi və Respublika Günü. Bilmirəm, keçəcək, ya yox. Ağlımda belə bir fikir var. Bu gün hər iki tarixi hadisənin günüdür. Bizim təklifimə bənzər uzun sözlərdən ibarət xüsusi günlərimiz var. Məsələn, Müstəqilliyin Bərpası Günü. 28 may tarixini də Dövlət Müstəqilliyi və Respublika Günü kimi adlandıra bilərik. Məncə, bu elə də çətin deyil”.

Aqil Bəkir

COP29

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv