Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ləkçıplaq kənd sakini Sənan İbrahimov saxlanılıb.Ona məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, ümumi çəkisi 14 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.