İsveç şahzadəsinin möhtəşəm toyu-Foto

media-hightechnic-468x90

93213036 yaşlı İsveç şahzadəsi Karl Filipp ailə həyatı qurub.

Yenicag.az xəbər verir ki, şahzadə eks-yoqa müəlliməsi və realiti-şou iştirakçısı olan model Sofin Hellkvist ilə evlənib.

Toydan sonra Sofin Hellkvist kral ailəsinin titulunu qazanacaq. O, bundan sonra xeyriyyə işləri ilə məşğul olacağını açıqlayıb.

5 il sevgili həyatı yaşayan cütlük 2014-cü ilin iyununda nişanlanıblar. Toy mərasimi Stokholmun kral sarayındakı Slottsçürka kilsəsində baş tutub.

Filipp Kral XVI Karl Qustavın yeganə oğludur. Toy daha çox ailə məclisi kimi təşkil olunsa da, mərasimə 400-dən artıq yüksək rütbəli şəxs də qatılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600