Türkiyənin Sürix şəhərindəki baş konsulluğu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Sürix şəhər polisinin rəsmi saytı xəbər verib.
Naməlum şəxslər diplomatik missiyanı fişənglərdən atəşə tutub. Nəticədə binanın fasadına ziyan dəyib, şüşələri qırılıb.
İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Polis faktla bağlı araşdırma aparır.
Yeniçağ.Az