İsveçrədəki silahlı insidentin təfərrüatları məlum oldu

media-hightechnic-468x90

img1623208İsveçrənin Vyurenlinqen şəhərində baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, atəş açmış şəxsin kimliyini açıqlanmasa da, onun 3 uşaq atası olduğu və son vaxtlar ailəsindən ayrı yaşadığı məlum olub.

İstintaq müəyyən edib ki, qatil öncə 58 yaşlı qayınatasını, 87 yaşlı qayınanasını və 32 yaşlı qayınını güllələyib. Sonra o qonşuluqda yaşayan 46 yaşlı kişini öldürüb. Yalnız bundan sonra həmin şəxs özünə qəsd edib.

***

İsveçrənin şimalında yerləşən Arqau kantonunun ərazisində baş verən atışma zamanı bir neçə nəfər həlak olub.

İnsident ötən gecə baş verib. Sakinlər evlərdən birində atışma səsləri eşidib və əraziyə polis çağırılıb.

“Bir neçə nəfər evin içində, bir neçəsi isə çöldə idi. Xilasedicilər bir neçə nəfərin ölüm faktını qeydə alıblar”, – deyə sakinlərin polisə verdiyi izahatında qeyd olunub.

Ölənlər arasında uşaq yoxdur.

İnsidentin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600