İtaliya millisinin yeni baş məşqçisi bəlli oldu
Klaudio Ranyeri futbol üzrə İtaliya millisinin yeni baş məşqçisi olacaq.
Yenicag.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın xahişini müsbət cavablandırıb.
O, Luçano Spalettinin gedişindən sonra “Skuadra Adzurra”ya rəhbərliyi öz üzərinə götürəcək. Ranyeri “Roma”nın sahibi Fridkin ailəsinin məsləhətçisi kimi qalması şərti ilə Qravinanın təklifinə razı olub. Nəticədə həm FIGC, həm də klubun sahibləri kompromisə gediblər.
Xatırladaq ki, Luçano Spaletti İtaliya yığmasının bu gün Moldova ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə oyunundan sonra postunu tərk edəcək. Klaudio Ranyeri son olaraq, 14 noyabr 2024-cü ildə “Roma”ya baş məşqçi təyin olunub və 12-ci pillədən götürdüyü “canavarlar”ı A Seriyasında 5-ci pilləyə yüksəldib. Mayın 25-də o, məşqçi karyerasını başa vurduğunu açıqlayıb.