İtaliya ordusuna aid hərbi təyyarə qəzaya düşdü - Ölənlər var

media-hightechnic-468x90

İtaliyanın mərkəzi bölgəsində təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Qəzet yazır ki, 70-ci aviasiya alayına məxsus T-260B tipli təyyarə Latsio bölgəsinin Sabaudiya bələdiyyəsi ərazisində qəzaya düşüb.

Qeyd olunub ki, xilasedicilər qəzaya uğramış təyyarənin içində iki hərbçinin cəsədini tapıblar. Təyyarə parkın girişlərindən birinin yaxınlığındakı meşəlik ərazidə qəzaya uğrayıb.

Hadisə zamanı həmin yerdə insanların olmadığı bildirilir./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05