İtaliya Tehranın istəyini rədd etdi

media-hightechnic-468x90

İtaliya Tehranın ABŞ-la danışıqların ikinci raundunun Omanın Romadakı səfirliyində aparılması barədə tələbini rədd edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “İran İnternational” iki mənbəyə istinadən məlumat yayıb.

“İtalyanlar danışıqların Romada İtaliya hökumətinin nəzarəti altında olan bir yerdə aparılmasını istəyiblər. Mənbələrə görə, bu məsələ ilə bağlı dörd tərəf arasında məsləhətləşmələr hələ də davam edir”, – məlumatda bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə danışıqların ikinci turunun da Omanda keçiriləcəyini deyib:

“Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Maskat bu danışıqların 19 aprel şənbə günü keçiriləcək ikinci raunduna da ev sahibliyi etməyə davam etsin”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05