İtaliyada tufan səbəbilə 9 nəfər həyatını itirib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ANSA agentliyi yayıb.
Ölənlər arasında axtarış-xilasetmə qruplarına könüllü olaraq qoşulmuş bir şəxsin də olduğu qeyd edilib.
Fırtına səbəbilə xilasetmə işçiləri də daxil olmaqla müxtəlif şəhərlərdə çox sayda insan yaralanıb.
Digər tərəfdən, mənfi hava şəraitinə görə dünən və bu gün paytaxt Roma, Cenevrə və digər böyük şəhərlərin bəzilərində məktəblərin fəaliyyəti dayandırılıb. Cenevrə hava limanında uçuşlar təxirə salınıb.
Ölkənin şimal-şərq hissəsində yerləşən Venesiya şəhərinin 75%-i tufandan zərər görüb.
Xilasedicilər bu ana qədər ölkə ərazisində 5000-dən çox axtarış və xilasetmə əməliyyatları təşkil ediblər.
Ən yüksək göstərici saatda 180 kilometr sürətlə Cenevrə şəhərində qeydə alınıb.
Dənizlərdə çox sayda yaxtalar batıb, gəmilərə ciddi zərər dəyib.
Bəzi ərazilərdə sürüşmələr meydana gəlib. Elektrik kəsilib. Əhali təhlükəli zonalardan evakuasiya edilib.
Həşim Səhrablı
www.yenicag.az