İtaliyada zəlzələ qurbanlarının sayı 247-ə çatdı

ITALY-2-jumboÖtən gün İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb.

Bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.

Hazırda axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrinə davam etdirilir.

Xatırladaq ki, İtaliyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə milli matəm günü elan edilib.